"Space" teleradio şirkətinin prezidenti vəzifəsinə təyin edilməyim mənim üçün gözlənilməz olub. Bu barədə Trend ə aprelin 7-də həmin telekanalın rəhbəri vəzifəsinə seçilmiş Sevinc Abdullayeva məlumat verib.
O bildirib ki, aprelin 7-də işə başlayıb və hər hansı bir bəyanat verməyə hazır deyil.
"Space" teleradio şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətə əvvəlcə Azərbaycanın Prezident Aparatı Katibliyinin rəhbəri, daha sonra isə Etibar Babayev rəhbərlik edib.
İstefa vermiş E.Babayev hər hansı şərh verməkdən imtina edib.