...

Azərbaycan ombudsmanı beynəlxalq konfransda iştirak edəcək

Cəmiyyət Materials 11 Aprel 2006 16:30 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının dəstəyi ilə aprelin 26-27-də İstanbulda keçiriləcək "Demokratiyanın möhkəmlənməsində ombudsmanların rolu"na həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək. Bu barədə "Trendə" ombudsman aparatından məlumat verilib.

Konfransa təşkilata üzv 12 ölkədən - Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Çernoqoriya, Azərbaycan,Türkiyə, Albaniya, Rusiya, Ukrayna, Moldova, Gürcüstan və Ermənistandan nümayəndələr dəvət olunub. Konfransda insan hüquqlarının qorunmasında , demokratiyanın möhkəmlənməsində, hüquqi-mülki cəmiyyətin qurulmasında ombudsman institutlarının fəaliyyəti müzakirə olunacaq.

Konfransda E.Süleymanovanın çıxış edəcəyi gözlənilir. O, ölkədə insan hüquqlarının müdafiəsi sahəsindəki vəziyyət və aparılan islahatalar barədə konfrans iştirakçılarına məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti