Türkiyədə keçirilən şahmat üzrə Avropa çempionatının səkkizinci turunda qrosmeysterlər R.Məmmədov, Q.Hüseynov və V.Haşimovun görüşləri heç-heçə ilə başa çatıb.
Trend agentliyinin məlumatına görə, səkkiz turdan sonra Horvatiyalı şahmatçı Z.Kojul 6.5 xalla liderliyə çıxıb. Q.Hüseynov 4.5, V.Haşimov və L.Quliyev 4.0 xal toplayıb.
5.0 xal toplamış İ.Qədimova da liderlərdən 1.5 xal geri qalır.