...

Azərbaycan Xəzərin bioresursları üzrə komissiyanın növbədənkənar iclasında iştirak edəcək

Cəmiyyət Materials 18 Aprel 2006 18:09 (UTC +04:00)

Azərbaycan Xəzər dənizinin bioresursları üzrə komissiyasının 25-ci növbədənkənar iclasında iştirak edir. Bu barədə Trend ə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Apelin 14-də Moskvada keçiriləcək iclasda Eklogiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Muhafizəsi Departamentinin rəisi Rauf Hacılı və onun müşaviri Tariyel Məmmədlinin rəhbərliyi etdiyi nümayəndə heyəti iştirak edəcək.

Azərbaycan mütəxəssisləri növbəti dəfə Xəzərin bioresursları üzrə sənəd hazırlayıb. Sənəd, xüsusilə, CITES-in (the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora - Yoxolma Təhlükəsi Altında Olan Vəhşi Flora və Fauna Növlərinin Beynəlxalq Satışı haqqında Konvensiya) Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya üçün kürü ixracatına qoyulan qadağa müddətinin uzadılması ilə bağlı son qərara aiddir. Yalnız İrana ildə 45 ton qara kürü ixrac etmək icazəsi verilib.

"Azərbaycan bu istiqamətdə bütün öhdəliklərini yerinə yetirib və CITES tərəfindən belə bir qərarın qəbul olunması bizi çox təcübləndir" - deyə dövlət qurumundan bildirilib.

İclasda 2006-cı ildə adıgedən ölkələr üçün nərə balıqları ovu və kürü ixracatı üzrə normanın təsdiqlənməsi xahişi ilə CITES-ə müraciət olunması gözlənilir.

120-dən çox ölkənin üzv olduğu CITES 1973-cü ildə imzalanıb və iki il sonra qüvvəyə minib. Təşkilatın məqsədi nadir və yox olma təhlükəsi altında olan bioresursların mühafizəssidir. CITES iştirakçıları hər iki ildən bir konvensiyaya və mühafizə olunan növlərin siyahısına dəyişikliklər etmək üçün bir araya gəlir. Nadir bioresrusrların satışını tənzimləmək üçün təşkilat bir tərəfdən belə növlərin daşınması xərclərini artırır, digər tərəfdən isə qiymətləri aşağı salmağa çalışır ki, həmin növlərin ovunu iqtisadi cəhətdən sərfəsiz etsin. Konvensiya hökumət qurumları, benyəlxalq ictimaiyyət və qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənir.

Su bioresursları üzrə komissiya özündə beş Xəzəryanı ölkə - Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanı birləşdirir. İran komissiyaya 2002-ci ildə daxil olub. Digər üzvlər isə komissiyanın yarandığı 1992-ci ildən onun işində iştirak edir. Komissiya ildə bir dəfə nərə balıqları ovu və qara kürü ixracatının həddini müəyyənləşdirir.

Xəzərin Biorusursları üzrə Komissiyanın noyabrın sonunda Astanada keçirilmiş iclasının yekunlarına əsasən, nərə balıqlarının ovu üzrə ümumi hədd 2006-cı il üçün 23,2% azaldılıb. Rusiya Federasiyası üçün bu rəqəm 30,5% ( 371 tondan 258 tonadək), İran - 16% ( 595 tondan 500 tonadək), Qazaxıstan - 12% (220 tondan 195 tonadək) və Azərbaycan - 8% (100 tondan 92 tonadək) azaldılıb.

Bununla yanaşı 2006-cı il üçün kürü ixracatı üzrə norma da dəyişikliyə uğrayıb: Rusiya üçün bu rəqəm 21 tondan 3,9 tonadək, İran - 60 tondan 51 tonadək, Qazaxıstan - 15,9 tondan 13,2 tonadək və Azərbaycan - 6,7 tondan 6,5 tonadək azaldılıb.

Xəbər lenti

Xəbər lenti