...

Ural optik mexanika zavoduAzərbaycanın müalicə-profilaktika müəssisələri üçün tibbi texnika tədarük edəcək

Cəmiyyət Materials 19 Aprel 2006 11:14 (UTC +04:00)

Ural optik mexanika zavodu Azərbaycanın müalicə-profilaktika müəssisələri üçün ən yeni tibbi avadanlıqlar tədarük edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə UOMZ-nin mətbuat xidmətindən məlumat verilib.

Bu məsələnin tezliklə həlli UOMZ-nin baş direktoru Sergey Maksin, Azərbaycan hökumətinin baş nazirinin birinci müavini Abbas Abbasov və səhiyyə naziri Oqtay Şirəliyevin görüşündə müzakirə mövzusu olub.

UOMZ tibbi texnikanın tədarükünü Azərbaycan Səhiyyə Nazirliyinin respublikada neonatal xidmətin təkmilləşdirilməsi proqramı çərçivəsində həyata keçirməyi planlaşdırır. Azərbaycan MPM-nin UOMZ-nin tibbi texnikası ilə təchizat layihəsi 2006-cı il martın sonlarında Bakıda keçirilmiş Azərbaycan neonatoloqlarının 1-ci konfransında təqdim olunub.

Bundan başqa, bu konfrans çərçivəsində Sverdlovsk vilayətinin baş neonatoloqu Fərid Muhametşin tərəfindən UOMZ nümayəndələri ilə birgə cihazlarla iş təcrübəsi əldə etmək istiqamətində 6 təlim kursu keçirilib. Belə təlimlərin gələcəkdə, o cümlədən Sverdlovsk vilayəti ərazisində də keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti