...

Azərbaycanın stolüstü tennis üzrə kişilərdən ibarət yığması dünya çempionatında 3-cü mərhələyə düşə bilməyib

Cəmiyyət Materials 29 Aprel 2006 13:35 (UTC +04:00)

Azərbaycanın stolüstü tennis üzrə kişilərdən ibarət yığması Nikaraqua idmançılarına 2:3 hesababı ilə uduzaraq Bremendə başlamış dünya çempionatındakı çıxışını başa vurub.

Trend agentliyi xəbər verir ki, turdakı son görüş 3-cü mərhələyə vəsiqə qazanmaq üçün həlledici idi, lakin idmançılarımız bu şansdan istifadə edə bilmədi. Artıq 1-ci matçda Ramil Cəfərov Gilyermo Moralesa uduzdu, onun ardınca isə Fərhad İsmayılov Rodolfo Mirande tərəfindən məğlub edildi. Lakin Nariman Abdullayev Pablo Pereslə görüşdə fərqi minimuma endirdi və R.Cəfərov R.Mirando ilə oyunda tarazlığı bərpa etdi. Hər şey F.İsmayılovun Q.Moralesa qarşı mətçında həll olundu. Azərbaycan oyunçusu məğlub oldu.

Turnir cədvəlində yığma komandamız 3-cü yerə çıxdı, qrupun qalibi isə Malğtalılar oldu..

Xəbər lenti

Xəbər lenti