...

3 mayda Azərbaycan Jurnalistlərinin Forumu baş tutmayacaq

Cəmiyyət Materials 1 May 2006 18:44 (UTC +04:00)

3 mayda keçirilməsi planlaşdırılan Azərbaycan Jurnalistlərinin Forumu baş tutmayacaq. Bu barədə Trend ə Redaktorlar Birliyinin üzvü, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib.

O bildirib ki, Ümumdünya Söz Azadlığı Günü - yəni, 3 mayda jurnalistlərin geniş miqyaslı formunun keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bu tədbirin baş tutması üçün lazımi tədbirlər və hazırlıq işləri görülməyib. Qənimət Zahidin sözlərinə görə, Redaktolar Birliyi, həmçinin digər jurnalist təşkilatları Forumun təşkili ilə bağlı heç bir təşəbbüs göstərməyiblər.

Lakin bəzi jurnalistlər mayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirəcəklər. Onlar bu tədbiri əsasən jurnalistlərin hüquqlarının pozulması faktlarına yönəldəcəklər.

Xəbər lenti

Xəbər lenti