...

Azərbaycanın futbol yığması Dublinə yola düşüb

Cəmiyyət Materials 16 May 2006 12:54 (UTC +04:00)

Azərbaycanın futbol yığması mayın 18-də Avropa birinciliyinin seçmə turnirinin İrlandiyaya qarşı cavab təsnifat oyununu keçirmək üçün Dublinə yola düşüb.

Komandanın baş məşqçisi Nazim Əliyevin Trend ə verdiyi məlumata görə, Bakıda keçirilmiş 1-ci oyunla müqayisədə komandanın tərkibində əsaslı dəyişikliklər edilməyib. "Ümumiyyətlə, mən düşünürəm ki, biz britaniyalılara sürpriz edə biləcəyik. Hər ehtimala qarşı qələbə üçün oynayacağıq. Axı istənilən digər nəticələr bizi qane etməyəcək", - deyə məşqçi qeyd edib.

Xatırladaq ki, irlandlar Bakıda 2:1 hesabla qələbə qazanıb və növbəti mərhələyə çıxmaq üçün onları minimal hesabla məğlubiyyət də qane edəcək.

Xəbər lenti

Xəbər lenti