...

"Atasport" otüstü xokkey üzrə Çempionlar kubokunda mübarizəyə başlayır

Cəmiyyət Materials 2 İyun 2006 14:58 (UTC +04:00)

Otüstü xokkey üzrə "Atasport" qadın klubu Çempionlar kubokunda iştirak edəcək. Oyunlar 2 iyunda Almaniyada başlayacaq.

Trend in verdiyi xəbərə görə, Adil Paşayevin yetirmələri "B" qrupunda oynayacaqlar. Bu qrupda onlarla bərabər İngiltərənin "Kenterberi ledis" komandası, Şotlandiyanın "Bonaqrass Qrov" komandası və Qrodno şəhərindən olan "Ritm" komandası olacaq. Komandanın turnirdəki ilk oyunu məhz Belorusiya çempionları ilə olacaq və komanda finala çıxmaq üçün qrupda birinci yeri tutmağa çalışacaq.

Eyni zamanda "A" qrupunda qələbə uğrunda Hollandiyanın "Qertodenboş" komandası, Almaniyanın "Berliner" komandası, İspaniyanın "Terassa" komandası və İrlandiyanı təmsil edən "Peqasus" komandası mübarizə aparacaq.

Qeyd etmək lazımdır ki, keçən mövsümdə "Atasport" həlledici oyunda yerini Niderland xokkeyçilərinə verərək, Çempionlar kubokunun finalına qədər çatıb.

Xəbər lenti

Xəbər lenti