...

Ekologiya Nazirliyi ziyanverici həşəratlarla mübarizəyə təxminən 1 mln. AZY ayırıb

Cəmiyyət Materials 2 İyun 2006 16:19 (UTC +04:00)

Ziyanverici həşarətlərlə mübarizə etmək üçün 2006-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsindən 1 mln 40 min manat ayrılıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, nazirliyin Meşələrin İnkişaf Departamentinin rəhbəri Rövşən Cəlilov bildirib.

Onun sözlərinə görə, bu vəsaitlərdən 95% və ya 986 968 AZY-yə qənaət olunub, 33 332 AZY - ayrı-ayrı regionlarda səpmə işləri həyata keçirən AZAL dövlət şirkətinin "Azalagro Yevlax" avia şirkətinə, 19700 AZY - kimyəvi preparatların alınmasına ayrılıb. 8 500 litr zəhərləyici maddələrin alışından imtina edilməsi haqqında qərar qəbul olunub.

Qanət edilmiş vəsaitləri nəzərə alaraq, nazirlik bu vəsaitlərin taleyilə bağlı son qərar vermək haqqında hökumətə müraciət edib. Bu vəsaitin dövlət büdcəsinə qaytarılması və ya nazirliyin maddi-texniki bazasının gücləndirilməsi üçün istifadəsi variantları nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti