...

Konstitusiya Məhkəməsinin əməkdaşları uşaq evində olublar

Cəmiyyət Materials 2 İyun 2006 18:00 (UTC +04:00)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (KM) bir qrup əməkdaşı 1 iyun - Uşaqları beynəlxalq müdafiə günü ərəfəsində Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki uşaqlar üçün 3 nömrəli internat evində olub. Bu barədə Trend ə KM mətbuat xidmətindən məlumat verilib.

Qonaqların gəlişi internat evinin sakinlərində dərin razılıq hissi doğurub. Konstitusiya Məhkəməsinin kollektivi adından internat evinə "Beko" markalı paltaryuyan maşın və xeyli bayram sovqatı hədiyyə edilib.

İnternat evində təlim-tərbiyə işlərinin vəziyyəti və məişət şəraiti ilə yaxından tanış olan qonaqlar uşaqları Konstitusiya Məhkəməsinin rəhbərliyi və kollektivi adından bayram münasibətilə təbrik edib, onlara diqqət və qayğını əsirgəməyəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti