...

"Qızıl seriya"nın finalında 20 ölkənin güləşçiləri iştirak edəcək

Cəmiyyət Materials 7 İyun 2006 15:45 (UTC +04:00)

İyunun sonunda Bakıda keçiriləcək güləş üzrə "Qızıl seriya"nın finalında 20 ölkədən olan idmançılar iştirak edəcək. Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, bu yarışda Avropanın ən yaxşı atletləri iştirak edəcək. Heydər Əliyev adına İdman-Konsert kompleksində xalça üzərinə Türkiyə, Kuba, Rusiya, Belarus və digər ölkələrdən pəhləvanlar çıxacaq.

Xatırladaq ki, bu günlərdə Beynəlxalq Federasiyanın (FİLA) baş katibi Mişel Byusson Bakıya səfər edib və bu nüfuzlu yarışa hazırlıq işləri ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti