Azərbaycanın Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev Çin Xalq Respublikası Hüquq Cəmiyyəti tərəfindən keçiriləcək konfransa dəvət alıb. Bu barədə Trend ə KM mətbuat xidmətindən məlumat verilib.
Konfrans cari ilin avqust ayında keçiriləcək. Konfransda Konstitusiya Ədalət Mühakiməsi sahəsində Çin və bir sıra MDB ölkələrinin Konstitusiya nəzarəti orqanları arasında müxtəlif aktual hüquqi məsələlər müzakirə olunacaq.