Avqustun əvvəlində Dublində keçirilməli olan İrlandiya-Azərbaycan yoldaşlıq oyunu təxirə salınıb.
AFFA-nın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, əvvəlcə tərəflər görüşün təşkili ilə bağlı razılığa gəlsə də, daha sonra rəqib Şahin Diniyevin yetirmələri ilə qarşılaşmadan imtina edib. "İrlandlar bunu oyunun həmin tarixdə keçirilməsi üçün Hollandiya Federasiyası ilə razılığa gəlinməsi ilə əlaqələndirib. Buna görə də biz bu yaxınlarda onlarla görüşə bilməyəcəyik. Buna çox təəssüflənirik. Çünki britaniyalılar çox güclü rəqibdir və əlbəttə ki, görüş bizim xeyrimizə olardı", - F.Əsədov vurğulayıb.
Britaniyalıların görüşü qəbul etməməsinə baxmayaraq avqustun ortalarında yığmanın dünya çempionatının finalçıları olan ukraynalılarla yoxlama görüşü planlaşdırılıb.