İstanbulda Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib. Bu barədə Trend ə Mətbuat Şrusaından bildiriblər.
Həmin tədbirdə Azərbaycanı Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edib.
Toplantıda Avropa və ümumilikdə dünya mediasının durumu, qloballaşma şəraitində KİI-lərin rolu, media strukturları arasındakı əlaqələrin dərinləşməsi zərurəti, həmçinin jurnalistlərə qarşı təzyiq faktları ilə bağlı müzakirələr keçirilib.
Toplantıda həmçinin beynəlxalq media təşkilatlarının söz və mətbuat azadllığının vəziyyətinə dair hesabatları ətrafında da fikir mübadilələri aparılıb, terror hadisələrinin mediada işıqlandırılmasına diqqət yetirilib.
Tədbir Mətbuat Şuralarının fəaliyyətlərinin mexanizminə də nəzər salınması baxımından da əhəmiyyətli olub.
Qeyd edək ki, Ə.Amaşov iyunun 10-12-də İstanbulda keçirilən Türkiyə və Yunanıstan jurnalistlərinin birgə konfransının işində də iştirak edir.