...

USAID Azərbaycanda təcili tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi üzrə yeni layihə gerçəkləşdirir

Cəmiyyət Materials 14 İyun 2006 20:00 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) təcili tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi üzrə yeni layihə gerçəkləşdirir. Bu barədə Trend agentliyi ABŞ səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verilib.

Bu məqsədlə mayın 16-da Bakıda zədələrin qarşısının alınmasına həsr olunmuş konfrans keçiriləcək. Tədbir Təcili Tibbi Yardımın İnkişafı Təşəbbüsü Proqramı çərçivəsində keçiriləcək. Bu proqram ABŞ-ın qeyri-hökümət təşkilatı - Beynəlxalq Tibb Korpusu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə son 6 il ərzində Azərbaycanda uğurla həyata keçirilir.

Chevron, Amerada Hess və BP proqrama maliyyə dəstəyi göstərir.

Xəbər lenti

Xəbər lenti