...

Cəzaçəkmə müəssisələrinə narkotik vasitə keçirməyə cəhdlərlə əlaqədar faktlar müəyyən edilib

Cəmiyyət Materials 22 İyun 2006 16:56 (UTC +04:00)

Son aylar ərzində Bakıdakı cəzaçəkmə müəssisələrinə vətəndaşlar tərəfindən narkotik vasitə keçirməyə cəhdlərlə əlaqədar faktlar müəyyən edilib. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən məlumat verilib.

Cari ilin 5 ayı ərzində belə faktların sayı 15 olub. Müəssisələrə müxtəlif vaxtlarla narkotik vasitə keçirmək istəyən vətəndaşlar müəssisə əməkdaşları tərəfindən aşkar edildikdən sonra bu barədə müvafiq orqanlara məlumat verilib. Hazırda cəzaçəkmə müəssisələrinə narkotik, o cümlədən müəssisə daxilinlə istifadəsi qadağan olunmuş digər vasitə və əşyaların keçirilməsinin qarşısını almaq üçün müasir tipli avadanlıqların alınması nəzərdə tutulub.

Belə müasir tipli avadanlıqlar Dünya Bankı tərəfindən Azərbaycanın penitensiar sisteminin təkmilləşdirilməsinə ayrılan vəsaitlər hesabına alınacaq.

Xəbər lenti

Xəbər lenti