Qadınlardan ibarət "AzerReyl" voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsi üzrə rəqibləri məlum olub.
Trend in xəbər verdiyi kimi, Vyanada keçirilmiş püşkatmanın nəticələrinə görə, Faiq Qarayevin yetirmələri Türkiyənin "Əczaçıbaşı", Pesaronun "Skavolini" və Avstriyanın "SVS" klublarının da yer aldığı "S" qrupuna düşüb. Yarımqrupun iki qalibi dörddə bir finala çıxacaq.
Yarımqrupdan çıxmaq uğrunda mübarizədə "AzerReyl"in rəqiblərinin İtaliya və Türkiyə komandalarının olacağı gözlənilir. Qeyd edək ki, bir neçə il əvvəl azərbaycanlı voleybolçular qrup mərhələsində "Əczaçıbaşı" ilə qarşılaşıb.
Çempionlar Liqasının ilk oyunları sentyabrın 27-də keçiriləcək. 3-cü turdan sonra isə Yaponiyada keçiriləcək dünya çempionatı ilə əlaqədar fasilə elan olunacaq.