...

Ucarda 35 çarpayılıq xəstəxananın tikintisi tamamlanır

Cəmiyyət Materials 28 İyun 2006 16:27 (UTC +04:00)

Ucar rayonunun 4 min nəfər əhalisi olan Qazıqumuqlu kəndində 35 çarpayılıq xəstəxananın tikintisi tamamlanır. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Hazırda xəstəxananın binasında son işlər görülür. Tikinti daxili vəsaitlər hesabına aparılır. İkimərtəbəli xəstəxanada xəstələrin qəbulu üçün hər cür şərait olacaq və xəstələrə ixtisaslaşdırılmış həkimlər tərəfindən yüksək keyfiyyətli tibbi xidmətlər göstəriləcək.

Bundan başqa, 2006-cı ildə Bərdədə 2006-cı il üçün investisiya proqramı çərçivəsində 60 çarpayılı uşaq xəstəxanasının tikintisi tamamlanacaq. Həmçinin Yevlaxda 25 çarpayılı uşaq xəstəxanası da tikiləcək. Bütün tikinti işləri dövlət vəsaitləri hesabına həyata keçiriləcək.

2006-2007-ci illər üçün Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının tezləşdirilməsi üzrə tədbirlər planı çərçivəsində Səhiyyə Nazirliyi Badamdar qəsəbəsində 25 çarpayılı uşaq xəstəxanasının, Keşlə qəsəbəsində 100 nəfər üçün nəzərdə tutulan uşaq poliklinikasının, həmçinin Şüvəlandakı 5 saylı uşaq vərəm dispanserində 50 çarpayı tutan əlavə otaqların tikintisini nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti