...

Azərbaycanın qadınlardan ibarət voleybol yığması Türkiyə komandası üzərində qələbə qazanıb

Cəmiyyət Materials 3 İyul 2006 16:20 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması İstanbulda keçirilən 3 yoldaşlıq oyunlarından birincisində türkiyəli voleybolçuları 3:2 hesabla məğlub edib. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, oyun İstanbulun "Şişli" idman komleksində keçirilib.

Azərbaycanlı voleybolçular 23-25; 25-21; 25-21; 12-25; 15-6 hesabla qələbə qazanıb.

Bu gün ikinci görüş keçiriləcək. Voleybolçular sonuncu dəfə iyulun 4-də axşam qarşılaşacaq.

Qeyd edək ki, yoldaşlıq görüşləri 2006-cı il iyulun 7-dən 12-dək Boris Yeltsin adına voleybol turniri ərəfəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti