...

Hacı Məmmədov və onun dəstəsinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 4 İyul 2006 14:56 (UTC +04:00)

İyulun 4-də Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Məhkəməsində Daxili işlər Nazirliyi Baş cinayət axtarış idarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət mütəşəkkil dəstənin digər üzvlərinin məhkəməsinə hazırlıq iclası keçirilib. Trend xəbər verir ki, bu iş üzrə məhkəmə baxışı həmin məhkəmənin sədr müavini Əli Seyfəliyevin icrasındadır.

Hazırlıq iclasını açıq elan edən Ə.Seyfəliyev təqsirləndirilən şəxsləri məhkəmə heyəti ilə tanış edib. Məlm olub ki, məhkəmə baxışında dövlət ittihamını baş prokurorluğun ittiham idarəsinin prokurorları Abdulla Yusifov və Bəşir Cəfərov müdafiə edəcək. Sonra hakim təqsirləndirilən şəxslərin şəxsi işlərini elan edib və onlardan məhkəmə heyətinə etirazları olub-olmadığını soruşub. Sonra zərərçəkənlərin vəsatatləri ilə bağlı məsələ müzakirə olub.

Hacı Məmmədovun dəstə üzvləri tərəfindən qətlə yetirilmiş AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovun oğlu, istintaq zamanı zərərçəkmiş qismində tanınmış Tahir Hüseynov və dəstə üzvləri tərəfindən oğurlanmış Oqtay Babayev məhkəmədən təqsirləndirilən şəxslərə qarşı mülki iddiaya dair vəsatətlər təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti