...

Avropa çempionatı ərəfəsində Azərbaycan boks yığmasının tərkibində dəyişikliklər ediləcək

Cəmiyyət Materials 8 İyul 2006 12:18 (UTC +04:00)

Plovdivdə keçiriləcək Avropa Çempionatına hazırlığı başa çatdıran Azərbaycan boks yığmasının tərkibində dəyişikliklər ediləcək.

Komandanın baş məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə, qitə birinciliyinin bürünc mükafatçısı Ruslan Xairov yaxşı formada olmadığından bolqar rinqinə çıxa bilməyəcək. "Bununla əlaqədar biz 69 kq çəki dərəcəsində Tofiq Əhmədov və Nəsimi Aydınov arasında yoxlama sparrinqi keçirməyi qərara almışıq. Onlardan hansının Plovdivə gedəcəyi ilə bağlı qərarı isə yaxın günlərdə məşqçi qərargahının və Milli Federasiya rəhbərliyinin kollegial yığıncağından sonra qəbul edəcəyik", - deyə M.Eyvazov nəzərə çatdırıb.

Xatırladaq ki, R.Xairov 69 kq çəki dərəcəsində Həvəskar Boks üzrə Avropa Assosiasiyasının reytinqinə başçılıq edir və onun yoxluğu kollektiv üçün itki olacaq.

Xəbər lenti

Xəbər lenti