...

Azərbaycanın mədəniyyət və turizm naziri Litva prezidentilə görüşüb

Cəmiyyət Materials 13 İyul 2006 16:39 (UTC +04:00)

Maddi və qeyri-maddi mədəni irsin mühafizəsi və əməkdaşlıq perspektivləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Litva prezidenti Valdas Adamkusun Vilnüsda keçirilən görüşündə müzakirə olunub. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər.

Görüş Azərbaycan nazirinin YUNESKO-nun Dünya İrsi Komitəsinin 30-cu sessiyasında iştirak etmək üçün Litvaya etdiyi səfəri çərçivəsində təşkil olunub. İyulun 16-na qədər davam edəcək bu forumda müxtəlif dünya ölklərindən təxminən 800 mütəxəssis iştirak edir. Tədbirdə Azərbaycanı Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiyanın ilk günlərində Ə.Qarayev YUNESKO-nun baş katibi Koişiro Matsuura, ICCROM-un baş direktoru Munir Buşenaki, IKOMOS-un prezidenti Mikael Petselt, Litvanın mədəniyyət naziri Vladimiras Prudnikovas, Litvanın Türkiyə və Azərbaycandakı səfiri Vyatautas Nauduzas və digər rəsmilərlə görüşərək danışıqlar aparıb. Görüşdə ölkəmizin maddi və qeyri-maddi irsinin mühafizəsi, muzey və kitabxana işinin müasir səviyyədə təşkili və turizmin inkişaf məsələlərinə böyük diqqət ayrılıb. Beynəlxalq təcrübəyə malik bir çox nüfuzlu təşkilatların mütəxəssisləri təcrübə mübadiləsi aparmaq üçün Azərbaycana gəlməyə hazır olduqlarını bildirib.

Sessiyada təhlükə altında olan Dünya Mədəni İrsinin siyahısına daxil edilmiş heykəllərin vəziyyətinə toxunulub. Bu siyahıya daxil edilmiş İçərişəhər Dünya İrsi Komitəsinin 21 üzv ölkəsini təmsil edən nümayəndələr tərəfindən müzakirə olunub. Ə.Qarayev son bir neçə ayda bu istiqamətdə görülən iş haqqında ətraflı danışıb və məsələlərə aydınlıq gətirib. Komitə üzvləri İçərişəhərin mühafizəsinə böyük diqqət ayırmağı tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti