...

"RUH" Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyətə dair monitorinqin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 19 İyul 2006 18:00 (UTC +04:00)

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin monitorinqinin 2006-cı ilin yanvarın 1-dən iyunun 15-dək olan nəticələri göstərir ki, Azərbaycanda bu müddət ərzində söz və mətbuat azadlığı ilə bağlı durum heç də ürəkaçan olmayıb. Trend in məlumatına görə, bu fikirlər "RUH" AJMK-nın Azərbaycanda yanvar-iyun ayları ərzində söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı apardığı monitorinqin nəticələrinə dair hesabatda deyilir.

Ümumən jurnalistlərin daha çox ilk mənbədən informasiya alınmasında problemlərlə üzləşiblər. Mövcud vəziyyət "İnformasiya əldə etmək haqqında" Qanunun tam işlək vəziyyətdə olmadığını göstərir. Ötən altı ay ərzində KİI-lərin və jurnalistlərin iştirakı ilə 29 məhkəmə prosesi qeydə alınıb. Ən çox məhkəmə proseslərinin qeydə alındığı aylar yanvar, may və iyun, ən az məhkəmə prosesinin baş tutduğu aylar fevral və mart aylarıdır.

Hesabat dövrü jurnalistlərin saxlanılma halları, onlara qarşı inzibati həbslər və cinayət işləri ilə də yadda qalıb. Amma son 6 ay jurnalistlərin saxlanılması halları ilə bağlı faktlar ötən ilin son 6 ayı ilə müqayiəsədə nəzərəçarpacaq dərəcədə azdır. Bu saxlamaların əksəriyyəti heç də jurnalistlərin peşə fəaliyyətləri ilə bağlı olmayıb.

Ötən 6 ayda iki KİI fəaliyyətini dayandırıb - Zaqataladakı "Aygün TI" və "Xaçmaz TI". Son 6 ayda 2 dəfə KİI-in - "Reytinq", "Təzadlar", "Realnıy Azerbaycan"- "Gündəlik Azərbaycan"" qəzetlərinin fəaliyyətinə məhdudiyyət yaradılıb.

Jurnalistlərə qarşı təzyiqlərə gəldikdə, "RUH" son 6 ay ərzində Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı monitorinqin bu hissəsinə 4 fakt daxil edib. Martda "Azadlıq" qəzetinin əməkdaşı Fikrət Hüseynlinin, mayda "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin, "Azad söz" qəzetinin əməkdaşı Familə Fərmanlının, "Laçın" qəzetinin baş redaktoru Iəli Rəhimzadənin döyülməsi faktları qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti