...

Azərbaycan qrossmeysteri Üzeyir Abdullayev "Bəyaz gecələr" turnirində iştirak edir

Cəmiyyət Materials 20 İyul 2006 15:45 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Üzeyir Abdullayev Sankt-Peterburqda keçirilən beynəlxalq "Bəyaz gecələr" turnirində iştirak edir.

Trend in xəbər verdiyi kimi, yarışda on ölkədən, o cümlədən Rusiya, Niderland, İsrail, Macarıstan, Belorusiya, Özbəkistan, Monqolustan, Konqo və Burkina-Fasodan səksən beş idmançı çıxış edir. Start proqramına beş yarış daxildir. Ü.Abdullayev Open-turnirdə İsveç sistemi ilə doqquz mərhələ üzrə keçirilən klassik rus damaları üzrə öz gücünü sınayacaq.

Azərbaycan ustası ilə yanaşı, startın favoritləri Rusiyanı təmsil edən yüzxanalı dama üzrə dünya çempionu Aleksandr Georgiyev, Anton Smirnov, Sergey Poylov və Şamil Yusupov hesab ounur.

Xəbər lenti

Xəbər lenti