...

Artıq Həcc ziyarətinə getmək istəyən təxminən 300 nəfər QMİ-yə müraciət edib

Cəmiyyət Materials 21 İyul 2006 17:18 (UTC +04:00)

Növbəti Həcc mövsümünə sənəd qəbulunun elan olunmasından bəri Qafqaz Müsəlmanları İdarəsinə Həcc ziyarətinə getmək istəyən təxminən 300 nəfərin ərizəsi daxil olub. Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

Artıq QMİ-də sənədlərin rəsmiləşdirilməsinə və zəvvarlıqla bağlı məsələlərin həllinə başlanıb. İdarədən qeyd olunub ki, bu il Səudiyyə Ərəbistanı Azərbaycan üçün 4500 yer ayırıb. Daha 200 yer isə ölkə ərazisində yaşayan xaricilər üçün ayrılıb. Bu il ziyarətin qiymətlərində müəyyən dəyişikliklər edilib. Belə ki, bu il zəvvarların böyük hissəsi Həcc ziyarətinə avtobuslarda gedəcək. Bu, onlara 1350 dollara başa gələcək (ötən mövsüm bu məbləğ $1320 təşkil edib). Ziyarətə "Boinq 737" təyyarələrində getmək istəyənlər isə $ 2200 ödəyəcək (ötən il - $2100).

Xəbər lenti

Xəbər lenti