...

Azərbaycanın tennis yığması Devis Kubokunun Avro-Afrika zonasının 4-cü qrupunda 6-cı yeri tutub

Cəmiyyət Materials 24 İyul 2006 11:00 (UTC +04:00)

Azərbaycanın tennis yığması oyunları Maltada keçirilmiş Devis Kubokunun Avro-Afrika zonasının 4-cü qrupunda 6-cı yeri tutub.

Trend in xəbər verdiyi kimi, qrup mərhələsində Madaqaskar və Mavritaniya yığmalarına məğlub olan İqor Borisovun yetirmələri 5-7-ci yerlər uğrunda mübarizə aparıb. 1-ci pley-off qarşılaşmasında kollektiv kort sahiblərinə 1:2 hesabla məğlub olsa da, sonuncu qarşılaşmada Uqanda üzərində 3:0 hesabla qələbə qazanıb. Afrikalılara texniki məğlubiyyət verilib. Çünki qrup mərhələsinin sonunda onlar mübarizədən imtina edib.

Qeyd etmək lazımdır ki, görüşlərin yekunlarına görə pley-off-da İslandiya və San-Marinoya qalib gəlmiş Madaqaskar və Mavritaniya daha yüksək diviziona vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti