...

Görkəmli Azərbaycan alimi, akademik Fikrət Abdullayev vəfat edib

Cəmiyyət Materials 25 İyul 2006 12:21 (UTC +04:00)
Görkəmli Azərbaycan alimi, akademik Fikrət Abdullayev vəfat edib

Görkəmli Azərbaycan alimi, akademik Fikrət Abdullayev 62 yaşında Meksikada vəfat edib. Trend in məlumatına görə, alim yaşadığı Meksikada qəfil ürəktutması nəticəsində dünyasını dəyişib.

Fikrət Abdullayev 18 oktyabr 1943-cü ildə Bakıda anadan olub. 1989-cu ildə Ukrayna Elmlər Akademiyasının Biokimya İnstitutunun Alimlər Şurasında doktorluq dissertasiyasını uğurla müdafiə edib və biologiya elmləri doktoru adını alıb.

1990-cı ildən 1994-cü ilədək Nyu-Cersi (ABŞ) ştatının Ratqer Universitetində çalışıb. O, burada professor Cerald Frenkelin laboratoriyasında (biologiya elmləri departamenti) birgə tədqiqatlar aparıb. Onun ABŞ alimləri ilə birgə nüfuzlu beynəlxalq elmi jurnallarda 5 məqaləsi dərc olunub. Həmçinin, ABŞ və digər ölkələrin aparıcı alimləri ilə elmi əlaqələr qurub.

1995-ci ilin iyulunda Meksikanın Elm və Texnika Nazirliyinin dəvəti ilə işləmək üçün bu ölkəyə göndərilib. O, burada Keretar Universitetində birgə tədqiqatlar aparıb. 1997-ci ilin sentyabrında F.Abdullayev "Eksperimental onkologiya" laboratoriyasının rəhbəri təyin olunub. Xərçəng əleyhinə təbii və sintetik preparatların axtarışı və öyrənilməsi istiqamətində elmi tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticəsi olaraq ABŞ, Meksika, Çin və Hindistanda müxtəlif kitablarda 25 məqalə və bir neçə fəsildən ibarət elmi monoqrafiyalar dərc etdirib.

2000-ci ilin oktyabrında F.Abdullayev Meksika Elmlər Akademiyasının akademiki seçilib.

Bütün həyatı boyu Fikrət Abdullayev Azərbaycanı və ölkəmizin elmini təbliğ edib. Trend İnformasiya Agentliyi mərhumun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xəbər lenti

Xəbər lenti