...

Keçmiş maliyyə naziri Fikrət Yusifovun cinayət işi üzrə materilalar hakim icraatına verilib

Cəmiyyət Materials 25 İyul 2006 18:18 (UTC +04:00)

İyulun 25-də keçmiş maliyyə naziri Fikrət Yusifovun cinayət işi üzrə materilalar Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsinin (ACDİÜM) hakimi Mansur İbayevin icraatına verilib. Bu barədə Trend ə ACDİÜM-dən məlumat verilib.

Fikrət Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd) təqsirli bilinir.

Keçmiş maliyyə naziri F.Yusifov keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə, sonuncunun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevlə, keçmiş səhiyyə naziri Əli İnsanovla və digərləri ilə cinayət əlaqəsinə girməkdə təqsirli bilinir.

Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Milli Təhlükəsizlik Nazirliyinin İstint aq İdarəsi tərəfindən aparılıb.

Məhkəmə baxışına hazırlıq iclaının tarixi hələlik müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti