...

"Karvan" klubunun futbolçuları Azərbaycan yığmasının Ukrayna ilə dostluq oyununa dəvət olunmayacaq

Cəmiyyət Materials 31 İyul 2006 17:34 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev Ukrayna yığmasına qarşı avqustun 15-də səfərdə baş tutacaq dostluq oyununa "Karvan" klubunun futbolçularını çağırmaq niyyətində deyil.

Məşqçinin Trend ə verdiyi xəbərə görə, yevlaxlıların əsas tərkibi legionerlərdən ibarətdir. Onlar, təbii ki, milli komandaya cəlb oluna bilməzlər. Hücumçu Xalid Muradov da daxil olmaqla, bəzi azərbaycanlı futbolçular hələ Ş.Diniyevin maraq dairəsində deyillər. "Şübhəsiz, mən "Karvan"ın beynəlxalq arenadakı uğurlarına və onun UEFA Kubokunun ikinci raunduna çıxmasına görə sevinirəm. Lakin hazırda etiraf edə bilərəm ki, bu yaxınlarda "Slaviya" ilə iki raundlu qarşılaşması olacaq bu klubda yığmaya dəvət olunacaq heç kim yoxdur", - deyə məşqçi bildirib.

Xəbər lenti

Xəbər lenti