...

Özəl tibb müəssislərinin rəhbərləri Səhiyyə Nazirliyinə müraciət edib

Cəmiyyət Materials 31 İyul 2006 20:24 (UTC +04:00)

Özəl tibb müəssisələrinin rəhbərləri Səhiyyə Nazirliyinə müraciət edib. Trend agentliyi nazirliyə istinadən yaydığı xəbərə əsasən, "İllac" MMC-yə məxsus "Funda" tibb mərkəzinin direktoru Ə.Z.Əliyevin məktubunda qeyd edilir ki, yoxlamalar nəticəsində aşkarlanmış qüsurların aradan qaldırılması üçün iki növbəli iş rejimi tədbiq olunur. Hazırda bərpa işləri, köhnə avadanlığın dəyişdirilməsi həyata keçirilir.

"Yaxın vaxtlarda işləri başa çatdırıb təkrar işə başlamaq üçün nazirliyə müraciət etmək niyyətindəyik" - deyə Funda-nın rəhbəri bildirib.

"EuroMed"in direktoru A.Qədimzadə və baş həkim E.Məmmədbəyov qeyd edir ki, son zamanlar tibb müəssisələri ilə nazirlik arasında fikir ayrılığının olması barədə KİV-də məlumat yayılır. "Bu belə deyil" - deyə məktubda bildirilir.

Nazirlik özəl tibb müəssisələrində yoxlamaları iş metodunun araşdırılması, kadr və avadanlığın standartlara cavab verib-vermədiyini müəyyənləşdirmək üçün aparılır. "Təbii ki, yoxlamalar zamanı qüsurlar aşkarlanıb və mərkəz rəhbərləri bunları aradan qaldırmaq öhdəliyini üzərinə götürüb" - deyə məktubda vurğulanır.

İndiyə qədər Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə bir sıra özəl tibb müəssisələrində reydlər keçirib. Aşkarlanmış qüsurlar əsasında Diamed, Illac, Davud LTD və Iital klinika müəssisələrinin fəaliyyəti dayandırılıb. Bundan əlavə, Euromed, BioSis və Medservis xəbərdarlıq alıb.

Xəbər lenti

Xəbər lenti