...

AFFA bəzi legionerlərinin hüquqlarını yerli futbolçularla bərabər tutmaqdan imtina edib

Cəmiyyət Materials 4 Avqust 2006 16:00 (UTC +04:00)

Son illər ərzində ölkə çempionatında çıxış edən bir sıra əcnəbi futbolçular gələn mövsümdə də legioner hesab olunacaqlar.

Trend ə məlum olduğu kimi, təbəəliyə götürülməsinə imtina olunan oyunçuların sırasına "Bakı" klubunun yarımmüdafiəçisi Aleksandr Qoqoberişvili, "Neftçi"nin müdafiəçisi Aleksandr Çertoqanov və "Karvan" klubundan forvard Georgi Adamiya, Qoça Trapaidze və başqaları daxildir. Bu futbolçular əvvəllər öz ölkələrinin müxtəlif yaş kateqoriyaları üzrə yığmalarında çıxış ediblər, həm də yığmanın məşqçi qərargahı onları milli komandanın namizədləri kimi nəzərdən keçirmir. Ona görə də AFFA on dörd legionerə imtina edərək, bəzi əcnəbilərin hüquqlarını yerli kadrlarla eyniləşdirməməyi qərara alıb.

Xəbər lenti

Xəbər lenti