...

Azərbaycanlı şahmatçılar İspaniya turnirlərində çıxış edəcək

Cəmiyyət Materials 5 Avqust 2006 14:09 (UTC +04:00)

Azərbaycanın şahmat komandası oğlanlar və qızlar arasında keçiriləcək iki turnirdə iştirak etmək üçük İspaniyaya yola düşüb.

Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, əvvəlcə şahmatçılar Avilesdə (5-13 avqust) oynayacaq, daha sonra isə çıxışlarını Xixonda davam etdirəcək. Onun sözlərinə görə, kollektivin tərkibinə 8 şahmatçı qız daxildir. Onlar arasında Nərmin Kazımovaya böyük ümidlər var. "O, 14 və 20 yaşlılar arasında ölkə birinciliyinin qalibidir. Daha sonra isə qadınlar arasında Bakı çempionatında qələbə qazanıb. Düşünürəm ki, potensiala malik olan Nərminin böyük gələcəyi var", - deyə F.Həsənov qeyd edib.

Qeyd etmək lazımdır ki, şahmatçılarımızın İspaniyada çıxışı komandanın dünya və Avropa birinciliklərinə hazırlığının mühüm mərhələsidir.

Xəbər lenti

Xəbər lenti