"Rimas Kurtinaytis "Ural-Qreyt"də işlərinin çox olmasına baxmayaraq, Azərbaycan yığmasından getmək niyyətində deyil". Bu barədə Trend ə Milli Federasiyanın mətbuat katibi Ramin Kəsəmənski litvalı mütəxəssisin milli komanda ilə qurtarmaq niyyətində olduğu barədə məlumatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, Perm klubundakı fəaliyyəti çox vaxt aparsa da, 1988-ci il Olimpiya çempionu yığmanı tərk etmək istəmir. "R.Kurtinaytis komandanın tərkibində qalmaq istəyini artıq bildirib və buna görə onun komandaya başçılıq edəcəyi heç bir şübhə doğurmur. O, sözünün üstündə düran adamdır" - deyə R.Kəsəmənski vurğulayıb.
Çox ehtimal ki, R.Kurtinaytis "Ural-Qreyt"də işinin çox olması ilə əlaqədar yığmada məşqçi-məsləhətçi vəzifəsini tutacaq.