...

Səhiyyə Nazirliyi 2006-cı ildə dövlət tibb müəssisələri üçün avadanlıq alınması üzrə tender elan edib

Cəmiyyət Materials 11 Avqust 2006 13:12 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi 2006-cı ildə nazirliyin tabeliyində olan dövlət tibb müəssisələri üçün ləvazimatlar, inventar və tibbi avadanlıqların alması üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, tender üç lot üzrə - tibb ləvazimatlarının, inventarın və tibbi avadanlığın satınalınması üzrə keçirilir.

Tenderdə iştirakda maraqlı olanlar birinci lot üzrə 100 AZN, ikinci üzrə 100 AZN, üçüncü lot üzrə isə 120 AZN ödəməlidir. Tender təklifləri 21 sentyabra qədər qəbul olunacaq və sentyabrın 22-də nazirlikdə açılacaq.

Qeyd edək ki, tibb ləvazimatlarının satınalması ölkənin dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti