...

Ramil Səfərovla bağlı hər iki məhkəmə prosesinin dəqiq tarixləri 10 gündən sonra bəlli olacaq

Cəmiyyət Materials 11 Avqust 2006 15:53 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Budapeşt Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovla bağlı həm apellyasiya məhkəməsinin, həm də digər məhkəmənin dəqiq tarixləri 10 gündən sonra bəlli olacaq. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirlik əməkdaşları mütəmadi olaraq Ramil Səfərovla görüşərək vəziyyəti ilə maraqlanırlar. R.Səfərovun vəziyyəti normaldır və saxlanma şəraitindən narazılığı yoxdur.

Qeyd edək ki, R.Səfərov 2004-cü ilin fevral ayında Ermənistan Silahlı Qüvvələrinin zabiti Qurgen Markaryanı qətlə yetirməkdə təqsirləndirilərək Budapeşt şəhər Məhkəməsi tərəfindən bu il may ayının 13-də ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəmənin hökmündən narazı qalan R.Səfərov hökimdən apellyasiya şikayəti verib.

R.Səfərovda bağlı ikinci məhkəmə işi isə saxlanıldığı həbsxananın mühafizəçiləri ilə onun arasıünda yaranmış münaqişə ilə bağlıdır. 2004-cü il iyulun 19-da istintaq təcridxanasının mühafizəçiləri ilə Səfərov arasında anlaşılmazlıq yaranıb. R.Səfərova qarşı hüquq mühafizə orqanlarının əməkdaşına zor tətbiq etmək, ona yüngül bədən xəsarəti yetirmək barədə ittiham irəli sürülüb. Bu iş üzrə sonuncu məhkəmə iclası mayın 7-də keçirilib və məhkəmənin işinə sentyabr ayına qədər fasilə verilib.

Hər iki məhkəmə işinə sentyabr ayına qədər fasilə verilməsinə səbəb Budapeşt hakimlərinin ədliyyə tətili ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti