...

Cüdo Federasiyası EJU-nun himayəsilə məşqçilər üçün təlim keçirməyi planlaşdırır

Cəmiyyət Materials 12 Avqust 2006 12:21 (UTC +04:00)

Azərbaycanın Cüdo Federasiyası avqustun sonunda Bakıda keçiriləcək Dünya Kuboku ərəfəsində məşqçilər üçün seminar təşkil etməyi planlaşdırır.

Yığmanın məşqçisi Ağayar Axundzadə Trend ə bildirib ki, tədbirdə rayonlardan təxminən 50 məşqçinin dəvət olunması nəzərdə tutulub. "Hazırda qeydiyyat gedir və hələlik treyninq iştirakçılarının sayı haqqında bir söz demək çətindir. Seminara Avropa Cüdo Birliyinin (EJU) bir sıra nümayəndələri də gələcək. Onlar nəzəri və təcrübi məsləhətlərilə köməklik göstərəcək. Bir neçə il əvvəl Bakıda EJU-nun himayəsilə yüksək səviyyəli təlimlər təşkil olunub" - deyə o vurğulayıb.

Xatırladaq ki, Bakıda ilk dəfə olaraq Dünya Kuboku seriyasından yarış keçiriləcək.

Xəbər lenti

Xəbər lenti