...

Qobustan Qapalı Həbsxanasının xəstəxanası istifadəyə verilib

Cəmiyyət Materials 15 Avqust 2006 14:05 (UTC +04:00)

Qobustan Qapalı Həbsxanasının xəstəxanasındakı təmir-bərpa işləri başa çatıb və xəstəxana dustaqların istifadəsinə verilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.

Uzun illər diqqətdən kənarda qalmış xəstəxananın təmirinə xeyli vəsait sərf olunub. Təmir Avropa standartlarına uyğun həyata keçirilib. Xəstəxana korpusu bir qədər genişləndirilib.

Həbsxanaya yaxın ərazidə yerləşən xəstəxana həmin həbsxanada cəza çəkən məhkumların müalicəsini həyata keçirir. Artıq məhkumların qapalı tipli həbsxanadan çıxarılmasına və Məhkəmə Qəraralırının İcrası Baş İdarəsinin tabeliyində olan digər xəstəxanalara aparılmalarına ehtiyac qalmayacaq.

Xəbər lenti

Xəbər lenti