...

Azərbaycanın futbol üzrə yığması Ukraynaya qarşı oyunda böyük hesabla uduzub

Cəmiyyət Materials 16 Avqust 2006 10:48 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığması Kiyevdəki "Dinamo" stadionunda Ukraynaya qarşı dostluq oyununda 0:6 hesabı ilə məğlub olub.

Trend in xəbər verdiyi kimi, meydan sahibləri birdən-birə oyuna başlayıb və artıq görüşün 3-cü dəqiqəsində Andrey Voronin topu qapıya göndərib. Doqquz dəqiqədən sonra komanda yoldaşının başladığı işi Sergey Nazarenko davam etdirib, sonra isə Ruslan Rotan və Oleq Qusev fərqi artırıb. Əslində, ar tıq birinci taymda Şahin Diniyevin yetirləməlri öz qapılarından dörd cavabsız topu buraxdıqda, qarşılaşmanın aqibəti həll edilmişdi.

Fasilədən sonra ukraynalılar öz oyunlarını davam etdirib və 71-ci dəqiqədə Andrey Vorobey rəqib qapısından beşinci topu keçirib. Görüşün sonunda isə Aleksey Belik növbəti qolu vuraraq, rəqibini bir daha kədərləndirib.

Qeyd etmək lazımdır ki, bu oyun qonaqların Bakıda məhz Ukrayna ilə görüşünün heç-heçə hesabla tamamlanması ilə başlayan üç oyunluq məğlubiyyətsiz seriyasına son qoyub.

Xəbər lenti

Xəbər lenti