...

"Gəncə" futbol klubu ölkə çempionatında iştirak etməyə tələsmir

Cəmiyyət Materials 16 Avqust 2006 15:26 (UTC +04:00)

"Gəncə" futbol klubu Azərbaycan çempionatında iştirak etməyə tələsmir.

AFFA-nın Yarışların Keçirilməsi Departamentinin rəhbəri Məlik Həsənovun Trend ə dediyi kimi, komanda birincilikdə oynamağa hazır olduğunu bildirib, lakin klubun nümayəndələri Assosiasiyanın baş qərargahına müraciət etməyə tələsmir. "Razılığa əsasən, "Gəncə" birinci iki turu buraxararaq, həmin matçları sonra oynayacaq, lakin komandanın 3-cü turda da oynamayacağı mümkünlüyü barədə də məlumat daxil olur. Düzdür, hələlik AFFA-ya heç bir rəsmi müraciət daxil olmayıb" - deyə M.Həsənov qeyd edib.

Hazırda "Gəncə" komandanı formalaşdırır və buna görə "MKT-Araz"a qarşı matçı buraxmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti