...

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Almaniyadakı turnirdə ikinci yeri tutub

Cəmiyyət Materials 23 Avqust 2006 16:24 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Maynsda illik şahmat festivalı çərçivəsində başa çatmış ənənəvi Ordix Open turnirində ikinci yeri tutub.

Trend xəbər verir ki, sonuncu turdan əvvəl yerli idmançı lider olan qazax Rüstəm Qasımcanovdan 0,5 xal geridə qalırdı, ona görə də turnirin son günündə onu yalnız qələbə maraqlandırırdı. R.Qasımcanovun alman Robert Rukla oyunu heç-heçə ilə nəticələnən zaman Şəhriyar Covanni Veskoviyə qalib gələrək, lazımi nəticəni əldə edə bilərdi. Nəticədə Ş.Məmmədyarov və 2004-cü ilin dünya çempionu eyni xal yığıb, lakin ən yaxşı əlavə göstəricilər sayəsində birinci yeri qazax qrossmeysteri tutub.

Xatırladaq ki, festival çərçivəsində sürətli şahmat üzrə dünya çempionu adı uğrunda Teymur Rəcəbov və Vişvanatan Anand arasında da görüş keçirilib və nəticədə sonuncu qələbə çalıb.

Xəbər lenti

Xəbər lenti