...

AFFA-da "Gəncə" klubunun gələcəyi ilə bağlı çaşqınlıq yaranıb

Cəmiyyət Materials 24 Avqust 2006 19:16 (UTC +04:00)

AFFA-da "Gəncə" klubunun gələcəyi ilə bağlı çaşqınlıq yaranıb. Assosiasiyadan Trend ə verilən xəbərə görə, indiyədək komandanın milli birinciliyin dördüncü turunun "Qarabağ" klubuna qarşı oyunda çıxış edib-etməyəcəyi məlum deyil. İndiyədək "Gəncə" klubu bu və ya digər görüşün başqa vaxta keçirilməsi xahişinin olduğu hər hansı rəsmi sənəd və ya çempionatda iştirak haqqında ərizə təqdim etməyib.

Dəfələrlə çempion olmuş və ölkə kubokunun sahibi ilə qeyri-müəyyən vəziyyəti nəzərə alsaq, iştirakçıların say tərkibinin on dörddən on üçə qədər azalacağı tamamilə mümkündür.

Xatırladaq ki, maliyyə nizamsızlığı səbəbindən "Gəncə" birincilikdə çıxış etmək üçün AFFA-ya ərizə verməyə gecikmişdi.

Xəbər lenti

Xəbər lenti