...

Azərbaycan tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Cəmiyyət Materials 26 Avqust 2006 11:57 (UTC +04:00)

Azərbaycanın stolüstü tennis üzrə komandası avqustun 26-da Fransada start götürəcək gənc qızlar və oğlanlar arasında stolüstü tennis üzrə Avropa birinciliyində iştirak edəcək.

Trend ə məlum olub ki, kollektivə Rüstəm Əliyev və Səbinə Əhmədova daxildir və onlar yüksək yer uğrunda mübarizəyə qoşulmağa çalışacaqlar. Həm də bu gür yarış ilk dəfə olaraq keçirilir və böyük maraq doğurub, nəticədə otuz ölkədən kiçik raket ustaları yarışa gəlib. Aleksandr Zudovun başçılıq etdiyi komandanın məşqçi qərargahı, əsasən, son illərdə daha sabit nəticələr göstərən S.Əhmədovaya ümid edir. Həm də bu yaxınlarda keçirilən qitə birinciliyində Səbinə beşinci yeri tutub və bu, onun Fransada uğurla çıxış edəcəyinə ümid etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti