...

Qobustanda dəyirmi masa keçirilməsi üçün hüquq müdafiəçiləri ilə MQİBİ arasında razıılıq əldə olunub

Cəmiyyət Materials 31 Avqust 2006 18:19 (UTC +04:00)

Sentyabrın 2-də Qobustan Qapalı Həbsxanasında dəyirmi masa keçirilməsi ilə bağlı hüquq müdafiəçiləri ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi arasında razılıq əldə olunub. Bu barədə Trend ə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məlumat verib.

"Avqustun 31-də Ədliyyə Nazirliyində hüquq müdafiəçiləri ilə Nazirlik işçiləri arasında göriüş keçirilib. Görüşdə MQİBİ rəisi Nazim Ələkbərov, MQİBİ-nin qərargah rəisi Natiq Talıbov və digər səlahiyyətli şəxslər, o cümlədən bir sıra hüquq müdafiəçiləri iştirak edirdi. Görüşdə cəzaçəkmə müəssisələrindəki və Qobustan Həbsxanasındakı hazırkı durum, problemlər müzakirə olunub. Qərara alınıb ki, sentyabrın 2-də Qobustan Həbsxanasında dəyirmi masa keçirilsin. Tədbirdə hüquq müdafiəçiləri, aclıq aksiya keçirən məhbusların nümayəndələri və Ədliyyə Nazirliyinin səlahiyyətlilərinin iştirakı nəzərdə tutulub" - deyə Ç.Qəniyev bildirib.

Xəbər lenti

Xəbər lenti