...

"Qarabağ" futbol klubunun zədələnmiş liderləri "Neftçi" ilə görüşədək sağalacaq

Cəmiyyət Materials 1 Sentyabr 2006 13:01 (UTC +04:00)

"Qarabağ" futbol klubunun zədələnmiş liderləri ölkə çempionatının növbəti turu çərçivəsində "Neftçi" ilə görüşədək sağalacaqlar.

Trend in komandanın rəsmi saytına istinadən xəbər verdiyi kimi, hazırda yarımmüdafiəçilər Mübariz Orucov və türkiyəli legioner Hakan Dəmir artıq ümumi qrupda məşqlərə başlayıb. Zədələnməsi ilə əlaqədar ölkə yığmasına çağırılmayan müdafiəçi Azər Məmmədov isə fərdi məşqlərlə kifayətlənir. Ancaq o, tezliklə tam gücü ilə məşqlərə başlaya biləcək.

Komandanın baş məşqçisi Böyükağa Ağayev qeyd edib ki, Avro-2008-in seçmə turnirinin başlanması ilə əlaqədar birincilikdə kiçik fasilə zədəli oyunçuların xeyrinədir.

Xəbər lenti

Xəbər lenti