...

Azərbaycanın basketbol superliqası oktyabrın sonuna təyin olunub

Cəmiyyət Materials 4 Sentyabr 2006 15:27 (UTC +04:00)

Ənənəvi olaraq "Olimpiya" idman kompleksində keçirilən Azərbaycan Basketbol Superliqasının növbəti oyunları oktyabrın 28-nə təyin olunub.

Milli Federasiyanın mətbuat katibi Ramin Kəsəmənskinin Trend ə verdiyi məlumata görə, qarşıdakı çempionatda 8 komanda iştirak edəcək. "Yarışda ötən birinciliyin yekunları üzrə 1-ci yeri tutmuş 4 klub və birinci liqada çıxış etdikdən sonra Superliqaya düşəcək daha 4 kollektiv iştirak edəcək", - deyə R.Kəsəmənski vurğulayıb.

Qeyd etmək lazımdır ki, gələcək çempionatın əsas favoriti mövsümlərarası dövrdə əsaslı kadr dəyişikliklərinə məruz qalmış, dəfələrlə qalib olmuş "Qala"klubudur. Rimas Kurtinaytisin "Ural-Qreyt" klubuna getməsindən sonra baş məşqçi vəzifəsini Elxan Əliyev icra edir.

Xəbər lenti

Xəbər lenti