...

N.İbrahimov: "Azərbaycan diasporunun gücləndirilməsi ilə bağlı 2007-ci il üçün çox geniş tədbirlər planımız var"

Cəmiyyət Materials 7 Sentyabr 2006 13:04 (UTC +04:00)

"Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyətinin gücləndirilməsi ilə bağlı 2007-ci il üçün çox geniş tədbirlər planımız var". Bu fikirləri Trend ə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

O qeyd edib ki, gələn il Dünya Azərbaycanlıları Alimlərinin I Forumu və Azərbaycan əsilli Dünya Jurnalistlərinin I Forumu keçiriləcək. Hər iki beynəlxalq tədbirə hazırlıq işlərinə başlanılıb. Dövlət Komitəsi azərbaycanlıların yaşadıqları ölkələrlə iş aparır, soydaşlarımızın siyahısı, onlar haqqında məlumatlar toplanılır. N.İbrahimovun sözlərinə görə, yaxın zamanda forumların keçiriləcəyi yer və vaxt müəyyən olunacaq.

Komitə sədrinin sözlərinə görə, bu tipli tədbirlərin təşkilində məqsəd müxtəlif ölkələrdə yaşayıb-fəaliyyət göstərən azərbaycanlı ziyalıları, elm adamlarını, həmçinin jurnalistləri Azərbaycan diasporunun quruculuğu, inkişafı, milli maraqlarımızın dünyada təbliğ olunması işlərinə cəlb etməkdir.

N.İbrahimov bildirib ki, Dövlət Komitəsinin bu və digər tədbirlər planı barədə ictimaiyyətə, kütləvi informasiya vasitələrinə məlumatlar açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti