...

Finlandiyada azərbaycanlı uşaqlar üçün "Həftə sonu" məktəbi açılıb

Cəmiyyət Materials 8 Sentyabr 2006 15:39 (UTC +04:00)

Finlandiyada fəaliyyət göstərən Finlandiya-Azərbaycan "Dostluq" cəmiyyətinin təşəbbüsü ilə bu günlərdə Helsinki şəhərində azərbaycanlı uşaqlar üçün təsis edilmiş "Həftə sonu" məktəbinin açılış mərasimi keçirilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Açılış mərasimində çıxış edən məktəbin rəhbəri Arzu Muradlı bildirib ki, bu təhsil ocağının yaradılmasında əsas məqsəd doğma Azərbaycandan uzaqlarda böyüməkdə olan nəsilə ana dilini mükəmməl öyrətmək, xalqımızın adət-ənənələrini, tarixini, mədəniyyətini tədris etməkdən ibarətdir.

Qeyd edək ki, məktəbdə 20 azərbaycanlı uşaq Azərbaycan dilini və ədəbiyyatını öyrənəcək, ölkəmizin tarixi və coğrafiyası, mədəniyyəti və müasir həyatı ilə bağlı bilgilərə yiyələncək. Azərbaycan-Finlandiya "Dostluq" cəmiyyəti gələcəkdə böyüklər üçün də bu cür məktəblərin təsis olunması ilə bağlı iş aparır. Cəmiyyət Azərbaycan haqqında məlumatların Finlandiya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər həyata keçirir. Belə ki, hazırda Finlandiyada fəaliyyət göstərən telekanallarda Azərbaycan haqqında verilişin hazırlanması, eyni zamanda Helsinkidəki milli kitabxanada Azərbaycan şöbəsinin yaradılması istiqamətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti