...

"British Council" "Touch The Sky" yeni layihəsinə start verir

Cəmiyyət Materials 11 Sentyabr 2006 20:42 (UTC +04:00)

"British Council" (Britaniya Şurası) Azərbaycanda "Touch The Sky" (Səmaya toxun) yeni layihəsinə start verir. Britaniya Şurasından Trend ə xəbər verildiyi kimi, bununla bağlı olaraq Bakıda bir sıra tədbirlər həyata keçiriləcək.

Sentyabrın 26-28-də Britaniyanın məşhur "Blueprint" firmasının 3 tanınmış skeybordçusu yerli gənclər üçün treninqlər keçirəcək. Nil Çester, Kolin Kenedi və Pol Şiyer tarixi və müasir Bakı ilə tanışlıq məqsədi ilə skeybordda paytaxtın müxtəlif guşələrini gəzəcəklər.

Sentyabrın 27-28-də qraffiti təmsilçiləri Kid Akne və Boyd Hil yerli qraffiti ustalarına treninqlər keçirəcəklər. Sentyabrın 28-də MC Tali və DJLD EXCİTE Britaniyanın ən məşhur klub musiqisini səsləndirəcək. Ayın 29-da isə Milli parkda Britaniyanın məşhur "Darftphunk" qrupunun, eləcə də "hiphop" janrında ifaçıların iştirakı ilə yekun şou keçiriləcək.

Xəbər lenti

Xəbər lenti