Şəki və Yevlax rayonlarında yerli telekanalların açılması üçün elan olunmuş müsabiqədə sənədlərin qəbulu müddəti başa çatıb. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.
Sənədlərin qəbul müddəti başa çatdığından bundan sonra artıq tenderdə iştirak etmək istəyənlər namizədliyini irəli sürə bilməzlər. Müsabiqədə cəmi iki iştirakçı var. Yevlax rayonunda "Yevlax TV", Şəkidə isə "Kanal-S" adlı telekanalların açılması üçün sənədlər təqdim olunub.
Teleradio Şurasından bildirilib ki, müsabiqənin qalibləri Şuranın iclasında elan olunacaq. Teleradio Şurasının iclası bu ay keçiriləcək.